BMT-nin baş katibi Antonio Quterreş müqəddəs Ramazan ayı ərzində Qəzza zolağı və Sudanda atəşkəsin olması üçün çağırış edib.
“Mən Sudan və digər yerlərdə atəşi dayandıraraq və humanitar yardımın lazımi sürətlə, lazımi həcmdə çatdırılmasına bütün maneələri aradan qaldıraraq, Ramazanın ruhuna hörmət etməyə çağırıram”, – deyə o qeyd edib.
Bundan əlavə, dünya təşkilatının rəhbəri Qəzzadakı bütün girovların azad edilməsinə çağırıb və həmçinin tezliklə digər dinlər tərəfindən də bayramların keçiriləcəyini xatırladıb.
“Unutmayaq ki, Ramazanla yanaşı, xristianlar da tezliklə Pasxa, yəhudilər isə Pesax bayramını qeyd edəcəklər”, – deyə Quterreş bildirib. (Mənbə: TASS.)
Follow @7timesaz