Dünya

Rusiya Ermənistanın KTMT-yə üzvlüyü ilə bağlı vəziyyəti aydınlaşdıracaq

Rusiya Ermənistanın KTMT-yə üzvlüyü ilə bağlı vəziyyəti aydınlaşdıracaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü ilə bağlı vəziyyəti aydınlaşdıracaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Moskva İrəvanla təmasları davam etdirəcək və onun KTMT-yə üzvlüyü ilə bağlı vəziyyəti aydınlaşdıracaq.

“Əlbəttə, biz bu bəyanatları eşitmişik. Təbii ki, hələ çox iş var. Bizə həm KTMT çərçivəsində, həm də erməni tərəfdaşlarımızla ikitərəfli səviyyədə təmaslar lazımdır. Biz Ermənistan baş nazirinin bəyanatlarına uyğun olaraq aydınlaşdırıb danışacağıq”, – deyə Rusiya Prezidentinin mətbuat katibi qeyd edib.