Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.
7Times.az ın məlumatına görə, Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat verib.
O, cümə günü Türkiyə-Azərbaycan-Gürcüstan Xarici İşlər Nazirləri Toplantısında iştirak edəcək.
Keçeli Cənubi Qafqazda sabitliyin, firavanlığın və sülhün Türkiyə üçün vacib olduğunu vurğulayıb.
Sözçü vurğulayıb ki, Hakan Fidan Türkiyənin Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləndiyini ABŞ tərəfinin diqqətinə çatdırıb.
Follow @7timesaz