Dünya

İrəvanın KTMT ilə bağlı ritorikası təhqir kimi qiymətləndirilib

İrəvanın KTMT ilə bağlı ritorikası təhqir kimi qiymətləndirilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı İrəvanın açıqlamalarını ultimativ və təhqiramiz hesab edir.

7Times.az  xarici mənbəyə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

Zaxarovanın sözlərinə görə, Moskva heç vaxt dövlətlərin beynəlxalq təşkilatlarda iştirakını müəyyən etmək hüququnu şübhə altına almadığını vurğulayıb.

“Bu gün Ermənistan rəhbərliyinin mövzu ilə bağlı bəyanatlarında üstünlük təşkil edən əks-məhsuldar və ultimativ, bəzən isə təhqiramiz ritorika bizi narahat etməyə bilməz”, – deyə sözçü bildirib.

O, əlavə edib ki, Ermənistan cəmiyyətinə belə ritorika sırınır və İrəvanın bu xətti davam etdirməsi Rusiya ilə Ermənistanın müttəfiqlik münasibətlərinə böyük zərər vuracaq.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin suallarına cavab verilməyəcəyi təqdirdə KTMT-dən çıxmaq niyyətini açıqlayıb. Onun sözlərinə görə, təşkilat öz öhdəliklərini yerinə yetirməli və məsuliyyət sahəsini tanımalıdır.