İdman

Lionel Messi ZƏDƏLƏNDİ

Lionel Messi ZƏDƏLƏNDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi zədələnib.

 

7Times.az  xəbər verir ki, bunu MLS komandasının baş məşqçisi Xerardo Martino açıqlayıb.

 

Argentinalı mütəxəssis bildirib ki, KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsində “Neşvill”ə qarşı keçirilən cavab görüşündə həmyerlisinin əzələsində gərginlik yaranıb. Bu üzdən 50-ci dəqiqədə əvəzlənən 36 yaşlı kapitan martın 16-da MLS-də “Di Si Yunayted”lə qarşılaşmanı buraxacaq.

 

Qeyd edək ki, cavab görüşündə “Neşvill”i 3:1 (ilk oyun – 2:2) hesabı ilə məğlub edən “İnter Mayami” KONKAKAF Çempionlar Kubokunda 1/4 finala yüksəlib. Həmin matçda Messi qollardan birinin müəllifi olub.