Dünya

“TikTok”u satmaq tələbi soyğunçuluqdur – Çin XİN

“TikTok”u satmaq tələbi soyğunçuluqdur – Çin XİNbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin “TikTokla bağlı hərəkətləri açıq-aşkar soyğunçuluqdur.

7Time.az  xəbər verir ki, bunu Çin XİN-in sözçüsü Van Venbin deyib.

Onun sözlərinə görə, Amerika tərəfi ədalətli rəqabət prinsiplərinə və beynəlxalq ticarət qaydalarına zidd hərəkət edir.

Venbin Birləşmiş Ştatların “TikTok”-un milli təhlükəsizliyə təhdid yaratdığına dair heç vaxt sübuta sahib olmadığını” açıqlayıb.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatası “TikTok”-a mümkün qadağanı dəstəkləyib. Qanunvericilər ByteDance operatoruna bu sosial şəbəkəni satmaq üçün 6 ay vaxt verib. Bundan sonra təşəbbüs baxılmaq üçün Senata göndəriləcək.

Amerika prezidenti Co Bayden daha əvvəl müvafiq qanun layihəsini imzalamağa hazır olduğunu açıqlamışdı.

Yenisabah.az