“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya millisinin qarşıdakı yoldaşlıq görüşlərindən birində çərçivəni qoruyacaq.
7Times.az Fanat.Az-a istinadən xəbər verir ki, bu barədə yığmanın qapıçı məşqçisi Vitali Kafanov “RB Sport”-a açıqlamasında deyib.
Kafanov heyətdə olan 4 qapıçının hamısına şans veriləcəyini, bu səbəbdən Serbiya və Paraqvayla yoxlama görüşlərinin hər hissəsində fərqli əlcək sahiblərinin meydana çıxacağını açıqlayıb.
Qeyd edək ki, Rusiya yığması martın 21-də Serbiya, 25-də Paraqvayla qarşılaşacaq.
Follow @7timesaz