Rusiyada prezident seçkilərində səsvermənin ikinci günü, Moskva vaxtı ilə saat 08:40-da seçici fəallığı 36,5% təşkil edib.
7Times.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri üçün səsvermə martın 15-də başlayıb və martın 17-də başa çatacaq. Ruslar dörd namizəd arasında seçim etməlidirlər. Ölkə başçısı postu uğrunda Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin mübarizə aparır.
Follow @7timesaz