“Bu dünyada səbəbsiz heç bir şey yoxdur. Mən həmişə demişəm, heç vaxt sevib evlənmək lazım deyil. Bu, yalançı hiss, emosiya, ötəri keçən şeydir. Tarixən də bunu bizə tövsiyə ediblər, minlərlə dünya dahiləri qələmə alıb, yazıb. Ağılla, hazırlıqlı, şüurla evlənmək lazımdır. Düşünərək evlənmək lazımdır. Bu gün evlənməyi bəziləri guya sevgi, bəziləri mühasibatlıq edib”.
Bu sözləri Redaktor.az-a açıqlmasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Azərbaycanda artan boşanmalardan danışarkən deyib.
Onun sözlərinə görə, əsas böyük səbəb sosial problemdir:
“Əgər cavanlar kütləvi şəkildə ailəsini, evini qoyub kənddən bir parça çörək üçün Bakıya gəlirlərsə, bunları bura gətirən səbəb ehtiyacdır. Allah heç kəsi ehtiyacdan sınağa çəkməsin. Buna milyardda bir adam, beş adam dözər-dözməz. Hamı milli qəhrəman, ilahi qəhrəman, peyğəmbər, imam övladı deyil. İnsanlar adicə çətinlikdə sınırlar, özlərini itirirlər. Gözəl xanımların, oğlanlarımızın arzusudur, gözəl ailə qursun, ana, ata olsunlar. Bu eşq genetik olaraq bizim içimizdədir və zaman-zaman bu olub, olacaq. Dünya bu proseslə inkişaf edir. Yaxşı, bu günün reallığı nədir? Əgər bir ata, cavan bir oğlan ehtiyac içindən öz dünyaya gətirdiyi balalarını, sevdiyi xanımı məcburiyyət qarşısında atıb Rusiyaya, Türkiyəyə, İrana və yaxud Bakıya qaçırsa, axı ailəni özüylə gətirə bilmir. Burada neçə gün küçələrdə nökərçiliklə çalışır, 5 manat düzəldir, ailəsinə göndərir. 5-10 gün dözürlər, sonra sosial gərginlik başlayır. Ailəvi intriqalar, narazılıqlar başlayır. Mən qətiyyən düşünmürəm ki, ailə quran bir adamın evi olsa, şəraiti olsa, güzəranı olsa, boşananların sayı gəlib 60 faizə çatmaz. Biz bunları niyə demirik? Niyə danışmırıq? Biz bunları niyə müzakirə edirik? Niyə bunlara çıxış yolu tapmırıq? Cəfəngiyyat danışırıq. Boş-boş, axmaq-axmaq bəhanələr gətiririk”.
Follow @7timesaz