Xalq artisti Aygün Kazımova Moskvada “Crocus City Hall”da baş verən terror aktı ilə bağlı paylaşım edib.
7Times.az xəbər verir ki, müğənni öz instaqram səhifəsinin stori bölümündə hadisə nəticəsində həlak olanların yaxınlarına səbir diləyib, yaralılara şəfa arzulayıb.
O, həmçinin ticarət mərkəzinin sahibi Araz Ağalarovun oğlu, müğənni-bəstəkar Emin Ağalarova səbir diləyib: “Dostum Eminə bu çətin anlarda səbir diləyirəm. Yaşadıqlarının ağır olduğunu anlayıram. Ümid edirəm ki, günahkarlar tezliklə öz cəzalarını alacaqlar”.
A.Kazımova, eyni zamanda həmin gün orada konserti planlaşdırılan Xalq artisti Röyaya çətin gündə dəstək nümayiş etdirib: “Ötən gün “Vegas City Hall”da çıxış etməli olan həmkarım Röyaya çox keçmiş olsun. Şükürlər olsun, həmvətənlərimiz sağ-salamatdırlar”.
Qeyd edək ki, ötən gün sözügedən konsert salonunda müğənni Röyanın konserti olmalı idi. Terror hadisəsi konsertin başlanmasına bir neçə dəqiqə əvvəl baş verib və konsert təxirə salınıb.
Follow @7timesaz