“Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonso karyerasını digər Bundesliqa nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı “Sky Sports” yayıb.
Xəbərə görə, ispaniyalı mütəxəssis “Bayern Münhen” ilə mövsüm sonunda yeni müqavilə imzalayacaq. Münhen təmsilçisi Tomas Tuxeli Alonso ilə əvəzetmək üçün artıq danışıqlara başlayıb.
Qeyd edək ki, Xabi 2022-ci ildə “Bayer”in sükanı arxasına keçib. Onun Leverkuzenlə müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.