Maqazin

“Ən böyük bədbəxtlik ikinci qadın olmaqdır, çoxu heç… “ – Afaq Bəşirqızı

“Ən böyük bədbəxtlik ikinci qadın olmaqdır, çoxu heç… ” – Afaq Bəşirqızıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Həyatımızın ən böyük problemlərindən və bədbəxtliklərindən biri ikinci qadın olmaqdır. Çünki qızlarımız ərə gedir və sonra gəlib verilişlərdə otururlar. Problemini soruşanda deyir ki, dörd uşağım var, onları uşaqlar evinə vermək istəyirəm. Niyəsini soruşanda isə cavab verir ki, əri qoyub gedib. Həmin qadının əri işləmirdi, savadsız idi, evləri və kəbinləri yox idi”.

7Times.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı qonaq olduğu “Künc-bucaq” yutub layihəsində deyib.

 

Aktrisa ailələrin dağılmasından danışıb:

“Oğullar var ki, ailəsini dolandırmaq üçün gedib fəhlə kimi haradasa işləyir. Hər insan ev tikmir ki və bir gündə də ev tikilmir. Əgər o, özünə həyat dərsi götürməyibsə və 20 yaşına çatanda evlənmək üçün arvad istəyirsə… Nə ev, nə sənəti, nə işi, nə kəbini var… Evdəkilər də deyirlər ki, əsas odur gəl “Qurani-Kərim” kitabının altından keç. Zəhmətlə böyütdüyün övladı verirsən, bilmədiyin bir ailəyə. Çoxusu heç kürəkəninin adını belə bilmir”.

Sfera.az