Rusiya Prezidenti Vladimir Putin ölkə vətəndaşlarının yaz hərbi çağırışı haqqında fərman imzalayıb.
Bu barədə TASS məlumat verib.
Sənəd Rusiyanın rəsmi hüquqi informasiya portalında dərc olunub.
Yanvarın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, 18 yaşdan 30 yaşadək olan vətəndaşlar (2023-cü ilin sonunadək 27 yaşı tamam olanlara aid idi – red.) hərbi xidmətə çağırılacaqlar.
Məlumata görə, yaz çağırışı zamanı orduya cəlb olunacaq Rusiya vətəndaşlarının sayı 150 min nəfər olacaq.
Follow @7timesaz