Aparıcı Günay Baxşəliyeva canlı efirdə kövrək anlar yaşayıb.
7Times.az OLAY-a istinadən yazır ki, “Günaylı gün” verilişinə canlı bağlantı edən şəhid atasının söylədiklərindən sonra o, göz yaşlarını saxlaya bilməyib.
“Mən sizin həyatınızı izləmişəm. Zaurla nişanlı olan vaxtdan bəri sizi izləyirəm. 2 balanız var, Allah onları sizin gözünüzə çıraq etsin, xeyir işlərini, uğurlarını görəsiniz. Arzu edirəm, bütün arzularınıza yetişəsiniz”, – deyə tamaşaçı bildirib.
Günay bu sözlər qarşısında çox kövrəldiyini dilə gətirib:
“Bir şəhid atasından bunları eşitmək çox dəyərlidir. Sizə minnətdaram. Allah sizi var etsin, bizə çox görməsin. Çox kövrəltdiniz məni”.