Aİ ölkələrində Rusiyanın 240 milyard avrodan çox aktivi dondurulub.
7Times.az UNIAN-a istinadən xəbər verir ki, bunu Avropa komissarı Didye Reynders açıqlayıb.
Onun dediyinə görə, Aİ hazırda Rusiya Federasiyasının Ukraynaya vurduğu zərərin ödənilməsi üçün vəsaitdən istifadə mexanizmi üzərində işləyir.
Komissar əlavə edib ki, Avropa ölkələrində 37 milyard avroluq aktiv və təxminən 200-208 milyard avro həcmində Rusiya dövlətinin aktivləri dondurulub.
Reynders qeyd edib ki, o, yaxın gələcəkdə immobilizasiya olunmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin (ildə təxminən 2-3 milyard avro) istifadəsi ilə bağlı qərarın təsdiqini gözləyir.
Follow @7timesaz