Maqazin

“İlhamə Quliyeva onların olmayacağın eşidəndə sevindi”

“İlhamə Quliyeva onların olmayacağın eşidəndə sevindi”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Elza Seyidcahan mərhum Xalq artisti İlhamə Quliyevaya verdiyi “Ağ çiçəyim” mahnısından danışıb.

7Times.az xəbər verir ki, müğənni Əməkdar artist Rəşad İlyasovun “Danışır musiqi” proqramında bununla bağlı sualları cavablandırıb. O bildirib ki, mahnının klipinə Xalq artisti Nisə Qasımova və Əməkdar artist Könül Kərimovanı çəkmək istəyib:

“İlhamə xanım mahnını studiyada yazdıranda məni də yanında istədi. Ona dedim ki, klipə 4 xanım çəkiləcəyik: İlhamə Quliyeva, Könül Kərimova, Nisə Qasımova və mən. Hərəmiz də bir gül obrazında olacaqdıq. İlhamə xanım razılıq versə də, ürəyincə deyildi. Sonra vaxt baxımında Könül və Nisə Qasımova çəkilişə gələ bilmədi. İlhamə xanım sevindi. Ümumiyyətlə, onun iki dueti olub: biri sənlə (Rəşad İlyasovu nəzərdə tutur – red.), biri də mənlə”.

Axşam.az