Dünya

“Zelenski heç vaxt buna razı olmayacaq” – Andrey Yermak

“Zelenski heç vaxt buna razı olmayacaq” – Andrey Yermakbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar cəbhədəki ağır vəziyyətdən irəli gələrək, rəsmi Kiyevin təzyiqlərə boyun əyəcəyi barədə ehtimallar səsləndirilir. Lakin Ukrayna hakimiyyəti bu iddiaları qətiyyətlə rədd edir.

7Times.az  xəbər verir ki, Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak indi Moskva ilə danışıqların tamamilə qeyri-mümkün olduğunu bildirib: “Rusiyalılar heç bir danışıqlarda maraqlı deyillər. Onlar Ukraynanın təslim olmasını istəyirlər. Amma bu, heç vaxt baş verməyəcək. Zelenski heç vaxt buna, Minsk razılaşmalarına və ya dondurulmuş münaqişəyə razı olmayacaq. Xeyr, mən buna əminəm”.

“AzPolitika.info”