Dünya

Rusiya bizi günahlandıra bilməz! – Paşinyan

Rusiya bizi günahlandıra bilməz! – Paşinyanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanla Rusiya arasında dövlətlərarası münasibətlər çətin dövrlərdən keçir. Lakin bu münasibətlərin dövlətçiliyimiz, suverenliyimiz, təhlükəsizliyimiz və iqtisadiyyatımız üçün əhəmiyyətini qiymətləndirməmək olmaz.

7Times.az  xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan parlamentdə deyib.

“Biz həqiqətən də Rusiya ilə münasibətlərimizdə bircə dənə də olsun yanlış addım atmamışıq və Rusiya tərəfi öhdəliklərimizi yerinə yetirmədiyimizə görə bizi günahlandıra bilməz. Təəssüf ki, əks hallar çoxdur”, – Paşinyan bildirib.

O vurğulayıb ki, Ermənistan təkcə imkanları və gücü olmadığı üçün deyil, həm də ona görə Rusiya ilə mübahisə etmək istəmir ki, münasibətlərdə mövcud olan böyük müsbət cəhətləri yüksək qiymətləndirir.

“Ancaq dərin və konseptual mənada münasibətlərimizdəki dəyişikliyin niyə baş verdiyini anlamaq da vacibdir. Məncə, tarixi Ermənistan-Rusiya münasibətlərindən real Ermənistan-Rusiya münasibətlərinə keçid var. Bəzən tarixi Ermənistandan real Ermənistana keçid bizim üçün ağrılı olur. Amma bu baş verir və bu transformasiyanı müsbət hekayələrlə doldurmaq üçün hər şeyi etmək lazımdır və biz Rusiya ilə belə işə hazırıq”, – Nikol Paşinyan qeyd edib.