Rusiya ordusu sürətlə böyüyür.
7Times.az Business Insider”ə istinadən xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, ABŞ ordusunun generalı Kristofer Kavoli deyib.
O bildirib ki, Rusiya ordusu Ukraynaya qarşı başlatdığı müharibənin ilk vaxtından etibarən 15 % böyüyüb: “Son bir ildə Rusiya cəbhə bölgəsindəki qoşunlarının sayını 360 mindən 470 minə çatdırıb. Bu, hərbi xidmətə çağırış yaşının 27-dən 30-a qaldırılması ilə bağlıdır”.
K.Kavolinin sözlərinə görə, bütün bunlar o deməkdir ki, Rusiya yaxın illərdə çağırışçıların sayını 2 milyon nəfər artıra biləcək: “Ümumiyyətlə, Rusiya qitənin ən böyük ordusuna malik olmaq yolundadır. Müharibənin nəticəsinin necə olmasından asılı olmayaraq, Rusiya Qərbə qarşı daha aqressiv olacaq”.
Follow @7timesaz