Dünya

Türkiyə səfiri Rusiya XİN-də müzakirələr apardı

Türkiyə səfiri Rusiya XİN-də müzakirələr apardıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç Qərbin Cənubi Qafqazda sabitliyi pozmaq cəhdlərini tənqidi qiymətləndiriblər.

7Times.az  xəbər verir ki, bu barədə Rusiya XİN-in görüşün yekunlarına dair bəyanatında deyilir.

“Bir sıra aktual məsələlər, ilk növbədə Cənubi Qafqazdakı vəziyyətlə bağlı müzakirələr aparılıb, – deyə diplomatik qurum vurğulayıb. – Tərəflərin kollektiv Qərbin bu regiona gərginlik gətirmək və sabitliyi pozmaq cəhdlərini öz fürsətçi maraqları naminə tənqidi qiymətləndirilib”.

nazir müavini və səfir Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinin əsas amili kimi “3+3” məsləhətçi regional platforması (Rusiya, İran, Türkiyə, Azərbaycan, Ermənistan) çərçivəsində ritmik işin davam etdirilməsində qarşılıqlı maraqlı olduqlarını bildiriblər.

Nazirlik görüşün Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutmasına aydınlıq gətirib.