Dünya

İranın hücumu nəticəsində zərərlər… – İsrail açıqladı

İranın hücumu nəticəsində zərərlər… – İsrail açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın hücumu nəticəsində zərərlər… – İsrail açıqladı

İsrail ordusu İranın PUA və raketlərinin 99%-ni zərərsizləşdirib.

7Times.az  Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.

Məlumata görə, İranın göndərdiyi 185 PUA-nın heç biri İsrailə çatmayıb.

Bildirilib ki, İran ordusu dünənki əməliyyat zamanı İsrailə 36 qanadlı və 110 ədəd “yer-yer” tipli ballistik raket atıb.

“İranın PUA və qanadlı raketləri İsrailə çata bilmədi və zərərin əsas hissəsi hava hücumundan müdafiəni aşmış bir neçə ballistik raket tərəfindən olub”, – məlumatda qeyd olunub.

İsrail ordusunun sözçüsü Daniel Haqarinin məlumatına görə, zərbələr zamanı Nevatim aviabazasına cüzi ziyan dəyib.

İsrailin Beer-Şeba xəstəxanası onlara 11 yaralının gətirildiyini bildirib.