Polşa ABŞ-ın nüvə silahlarına ev sahibliyi etməyə hazırdır.
7Times.az NEXTA-ya istinadən xəbər verir ki, bunu ölkə prezidenti Anjey Duda deyib.
“Rusiya getdikcə Kalininqrad bölgəsini hərbiləşdirir. Bu yaxınlarda nüvə silahlarını Belarusa köçürüb. Əgər müttəfiqlərimiz tərəfindən NATO-nun şərq cinahının təhlükəsizliyini gücləndirmək üçün ərazimizdə Nüvə Paylaşımı çərçivəsində nüvə silahı yerləşdirmək qərarı olsa, biz buna hazırıq”, – deyə Duda bildirib.
O qeyd edib ki, Amerika nüvə silahlarının Polşada yerləşdirilməsi uzun müddətdir ki, Vaşinqtonla danışıqların mövzusu olub.
Follow @7timesaz