İngiltərə Premyer Liqasının 34-cü turunda səfərdə “Fulhem”i 3:1 hesabı ilə məğlub edən “Liverpul”un baş məşqçisi Yürgen Klopp qələbəni dəyərləndirib.
7Times.az xəbər verir ki, cari mövsümün sonunda postunu tərk edəcək alman mütəxəssisin sözlərini “qırmızılar”ın rəsmi saytı belə çatdırıb:
“Oyunun başlanğıcı və ilk yarının bəzi məqamları xoşuma gəldi. İkinci hissədə isə daha məqsədyönlü çıxışla yadda qaldıq. Bunun məntiqi izahı yoxdur, amma “Fulhem” ilə səfər qarşılaşmaları bizim üçün həmişə çətin olub. Hətta əvvəllər burada qələbə qazanıb-qazanmadığımızı xatırlamıram. Əgər qazanmışıqsa da, istəyimizə daha çox bəxt sayəsində çatmışıq. Deyərdim ki, bu oyun “Fulhem”ə qarşı rəqib meydanında keçirdiyimiz son görüşlərin ən yaxşısı idi”.
Fanat.Az
Follow @7timesaz