Dünya

Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi

Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federal Şurasının sədri Valentina Matvienko senatorlara Milli Assambleyanın sədri Alen Simonyanın “anti-Rusiya bəyanatları ilə bağlı” sorğu hazırlayıb Ermənistan parlamentinə göndərməyi tapşırıb.

7Times.az  xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. Simonyan Aİ parlamentlərinin İspaniyada keçirilən konfransında deyib: “Konfransın diqqət mərkəzində Rusiyanın Ukraynaya müdaxiləsi və Yaxın Şərqdəki münaqişə olduğunu nəzərə alaraq, mən təsdiq etmək istəyirəm ki, Ermənistan qətiyyətlə Ukrayna, eləcə də Moldova, Gürcüstan, Kipr ​​və bütün ölkələrin ərazi bütövlüyünü müdafiə edir”.

“Mən həmkarımdan, Ermənistan parlamentinin sədrindən soruşmaq istəyirəm ki, o, kimin adından belə danışıb? Təbii ki, Rusiyanın çoxəsrlik dostluğu olan erməni xalqı adından deyil. Bu cür rusofob nitqlərə göz yuma bilmərik. Mən Ermənistan parlamentinə yazılı sorğu göndərəcəkdim ki, o, kimin adından danışıb və Ermənistan parlamenti bu görüşdə verilən qiymətləri bölüşürmü”, – Matvienko bildirib.

O, ümid etdiyini bildirib ki, ölkə parlamenti də spikerdən “ona bu cür sözlərlə Ermənistan adından çıxış etmək hüququnu kim verib” sualını verəcək.

Valentina Matvienko vurğulayıb: “Onun, artıq bütün qırmızı xətləri keçməsi bizim tərəfdaşımız üçün ayıbdır”.

Rusiya KİV-i əlavə edib ki, Alen Simonyanın çıxışının mövzusunu bu gün Federal Şuranın plenar iclasında qurumun beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin qaldırıb. Onun fikrincə, Simonyanın bəyanatı qeyri-dost tonda edilib.

Publika.az