İşğalçı İsrail rejimi aprelin 25-də fələstinli qaçqınların son sığınacağı olan Rəfahda işğal əməliyyatına başlaya bilər.
7Times.az xəbər verir ki, belə bir iddia ilə İsrailin tanınmış “İsrael Hayom” qəzeti çıxış edib.
Qeyd olunub ki, Vaşinqtonla fikir ayrılıqları səbəbindən bir neçə həftədir təxirə salınan Rəfahda əməliyyatların başlamasına çox az bir vaxt qalıb.
Qeyd edək ki, İsrailin bir sıra digər KİV-ləri də oxşar xəbərlər dərc edib. Sosial şəbəkələrdə Rəfahdan təxliyə edilənlər bölgədə üçün çadır şəhərciyinin qurulduğunu əks etdirən görüntülər paylaşılıb.
Baş Nazir Binyamin Netanyahunun Ofisindən və işğalçı İsrail ordusunun sözçüsündən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.
Xatırladaq ki, Netanyahu bir neçə gün öncə 1,5 milyon fələstinlinin sığındığı Rəfahda hərbi əməliyyatların başlama tarixinin müəyyən edildiyini bildirmişdi.
“AzPolitika”
Follow @7timesaz