“Fənərbaxça” prezidenti Ali Koç portuqaliyalı məşqçi Joze Mourinyo ilə bir araya gəlib.
7Times.az xəbər verir ki, bu barədə “Tactic Mania” yutub kanalına türk jurnalist Feridun Niğdelioğlu açıqlama verib. İddialara görə, tərəflər arasında görüş məhsuldar keçib. Mövsümün sonunda keçiriləcək prezident seçkilərində namizəd olan Ali Koç qalib gələcəyi təqdirdə portuqaliyalı məşqçi ilə yenidən görüşmək üçün razılığa gəlib. Bildirilir ki, Ali Koçun prezident seçilərsə Joze Mourinyonu “Fənərbaxça”ya gətirmək üçün ciddi büdcə ayıracaq. Joze Mourinyonun “Fənərbağça” ilə müqavilə imzalamaqda maraqlı ola biləcəyi irəli sürülüb.
Qeyd edək ki, bundan əvvəl Türkiyə mediası “Fənərbaxça”nın çempion olmayacağı təqdirdə mövsümün sonunda Joze Mourinyonu transfer edə biləcəyini yazmışdı.
Follow @7timesaz