Dünya

NATO Baş katibi gözlənilmədən Kiyevə səfər edib – “Ukrayna aylarla silah-sursatsız qaldı”

NATO Baş katibi gözlənilmədən Kiyevə səfər edib – “Ukrayna aylarla silah-sursatsız qaldı”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Baş katibi Yens Stoltenberq Ukraynaya səfər edib.

APA xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, səfər barədə öncədən heç bir məlumat verilməyib.

Sizin liderliyiniz bizim hamımız üçün güclü bir nümunədir. Ukrayna xalqının və Silahlı Qüvvələrinin cəsarəti bütün dünyanı heyran edir. Lakin Rusiya işğalına qarşı mübarizədə liderlik və cəsarət kifayət deyil, sizin silahlara ehtiyacınız var”, – Yens Stoltenberq Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, NATO müttəfiqləri müharibənin ilk günündən indiyədək görünməmiş həddə Ukraynaya hərbi yardım ediblər.

NATO Baş katibi Ukraynaya son aylar hərbi yardımın gecikməsinə də toxunub: “Mən anlayıram ki, ciddi gecikmələrin döyüş meydanında ciddi nəticələri oldu. ABŞ aylarla davam edən müddətdə hərbi yardım paketini təsdiqləyə bilmədi, Avropa müttəfiqləri vəd etdiyi həcmdə silah-sursatı Ukraynaya təmin edə bilmədi. Ukrayna aylarla silah-sursatsız qaldı. Bu isə o deməkdir ki, Rusiya qüvvələri cəbhə boyu təzyiq edə bildi”.

Stoltenberq vurğulayıb ki, Ukraynanın qalib gəlməsi üçün hələ də gec deyil və daha çox dəstək yoldadır.

NATO Baş katibi Stoltenberq 2022-ci ilin fevralından bəri üçüncü dəfədir Ukraynaya səfər edir. Bu, həm də oktyabrın 1-də vəzifəsini tərk edəcəyi üçün onun Baş katib kimi sonuncu səfəri ola bilər.