Dünya

“Ukraynanın Rusiya ərazisini vurmasına icazə verilib” – “Hər şey açıq şəkildə elan edilmir”

“Ukraynanın Rusiya ərazisini vurmasına icazə verilib” – “Hər şey açıq şəkildə elan edilmir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Latviyanın yeni təyin olunmuş Xarici İşlər naziri Bayba Braje bəyan edib ki, Ukraynanın bəzi tərəfdaşları Qərb silahları ilə Rusiya ərazisini vurmağa icazə verib.

7Times.az  xəbər verir ki, XİN başçısı Ukrayna mətbuatına müsahibəsində konkret ölkə adları çəkməsə də, Ukraynaya silah tədarük edən dövlətlərin bəziləri tərəfindən Rusiya ərazisindəki hərbi obyektləri vurmaq üçün qeyri-rəsmi icazə verildiyini söyləyib.

Məlum olduğu kimi, Ukrayna indiyə qədər Qərb tərəfdaşlarından silah alarkən onların Rusiya ərazisində istifadə edilməməsi ilə bağlı məhdudiyyətlə qarşılaşıb. Bununla belə, Braje hesab edir ki, ümumilikdə bu yanaşma dəyişə bilər və hətta artıq dəyişir: “Artıq elə ölkələr var ki, Ukraynanı bu cür məhdudiyyətlər olmadan silahla təmin ediblər”. O, aydınlaşdırıcı suala cavab verərkən həqiqətən də belə ölkələrin olduğunu bildirib, lakin ad çəkməyib.

Braje qeyd edib ki, bu hallarda məhdudiyyətlərin aradan qaldırılması açıq şəkildə müzakirə edilmir: “Əlbəttə ki, hər şey açıq şəkildə elan edilmir və hələlik bunu yüksək səslə söyləməmək daha yaxşıdır…”

Nazir əmin olduğunu bildirib ki, əgər Rusiyanın Ukraynaya hücum etdiyi obyektlər varsa və bu obyektlər Rusiya ərazisində yerləşirsə, Ukraynanın da buna qarşı cavab tədbirləri görmək hüququ var. Brajenin sözlərinə görə, silahdan bu cür istifadəyə beynəlxalq hüquq icazə verir. Nazir həmçinin, bu müharibədə zamanın Rusiyanın xeyrinə işləmədiyinə inandığını söyləyib.

“AzPolitika.info”