PSJ-nin hücumçusu Kilian Mbappe “Borussiya Dortmund”la Çempionlar Liqasının ilk yarımfinal matçından (0:1) sonra stadionda qalmaq məcburiyyəti ilə üzləşib.
7Times.az “Le Parisien”-ə xəbər verir ki, fransız ulduz matç başa çatdıqdan sonra klub avtobusu ilə hava limanına yola düşə bilməyib.
Məsələ burasındadır ki, 25 yaşlı forvard antidopinq nəzarətindən keçmək üçün “Siqnal İduna Park”da qalmalı olub. Futbolçu daha sonra şəxsi avtomobil ilə hava limanına aparılıb.
PSJ ilə “Borussiya” arasında cavab oyunu mayın 7-də Paris nəhənginin meydanında keçiriləcək.
Follow @7timesaz