Maqazin

“Mənə görə üstündən xətt çəkdiyin arzularından xəbərdaram”

“Mənə görə üstündən xətt çəkdiyin arzularından xəbərdaram”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktrisa Aydan Axundzadə həyat yoldaşı İbrahim Çingizlə bağlı paylaşım edib.

OLAY yazır ki, İbrahimin ad günü olduğunu qeyd edən sənətçi bu sözləri yazıb:

“Hər il bu vaxtı sənin, möcüzə gözləyən balaca məsum uşaq kimi oturub, saata baxmağın mənim üçün ən ürəkəridən mənzərədir. Sən mənim evimsən – harada olsaq,  sənin qucağın mənim sığınacağımdı. Sən mənim çörəyimsən, suyumsan. Sən mənim qaranlıqda yolumu aydınlatan ən böyük ulduzumsan. Mən hər gün güzgüdə özümə baxanda gördüyüm insana yox, sənin gözlərində gördüyüm əksimə bənzəmək istəyirəm. Bir baxışın, bir sözün yetir ki, dünyanı çiyinlərimə alıb, qanad açım.

Məni sənə gətirən yol ən ağır, ağrılı, keçilməz, dözülməz olsa belə, o yolu gündə min dəfə gəlməyə bəxtəvər olaram. Sən mənim ən yaxın dostum, ən böyük sirdaşım, ruhumun qidasısan. Deyirdin ki, bizim hər günümüz möcüzələrlə doludur. Başqa yolu da yoxdu, çünki sən özün ən böyük möcüzəsən. Mənə görə üstündən xətt çəkdiyin arzularından xəbərdaram, rahatlığım üçün verdiyin və verməyə hazır olduğun qurbanların da sayını bilirəm. Və hər gün onların qarşılığını min qat gözəlliklərlə almağına duadayam. Səninlə qocalmaq Allahın mənə verə biləcəyi ən böyük mükafat olar. Səninlə hər zaman fəxr edirəm. Və səni təsəvvür etməyəcəyin qədər sevirəm! Hər nəfəsdə. Doğum günün mübarək, dünyam!”. 

Qeyd edək ki, sənətçilərin bir qız övladı var.