Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi Almaniya nümayəndələri olmadan baş tutacaq.
7Times.az xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib.
Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Moskvada keçiriləcək. Bu, onun hakimiyyətdə beşinci müddəti olacaq – 2030-cu ilə qədər.
Xatırladaq ki, bundan əvvəl Ermənistan baş naziri Nikol Paşinyanın da andiçməyə getməyəcəyi məlum olub.
Follow @7timesaz