Dünya

“Putin heyvanın ürəyini bıçaqla çıxararaq Berluskoniyə təklif edib” – Keçmiş senatordan maraqlı açıqlamalar

“Putin heyvanın ürəyini bıçaqla çıxararaq Berluskoniyə təklif edib” – Keçmiş senatordan maraqlı açıqlamalarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya Senatının keçmiş üzvü Fabrizio Ciccitto ölkənin ən böyük qəzetlərindən biri olan “Corriere della Sera” qəzetinə müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin ov edərkən iki cüyür öldürdüyünü, ölən heyvanın ürəyini bıçaqla şəxsən kəsərək Baş nazir Silvio Berluskoniyə yemək üçün təklif etdiyini deyib. Ciccitto İtaliya parlamentinin yuxarı palatasında Berluskoninin “Forza Italia” partiyasını təmsil edib.

Ciccittonun sözlərinə görə, keçmiş Baş nazir özü ona Putinin qəddarlığı barədə danışıb, o da Rusiya Prezidentinin insani keyfiyyətlərinə şübhə etməyə məcbur olub. Ciccitto, Berluskoninin ona dediklərindən sitat gətirir: “Vladimir mənə təsəvvür belə edə bilmədiyim qəddar bir xarakter göstərdi”.

“Corriere della Sera” nəşrinə görə, hekayənin özü 2013-cü ildə Berluskoninin Rusiyada Putinin daçasında tətildə olduğu zaman baş verib.

“Putin ova getməyimizi təklif etdi, o, iki cüyür gördü və hər ikisini vurub dedi: “Bu gün sizə heyrətamiz yemək təklif edəcəyəm. O, əlinə bıçaq götürərək yamacdan aşağı düşüb heyvanlara yaxınlaşdı və sonra onların birinin ürəyini çıxarıb, onu müşayiət edən bir adamın verdiyi taxta nimçənin üzərinə qoydu… Qusdum”, – Ciccitto Berluskoninin sözlərindən sitat gətirir.

 

 

 

İtaliya Senatının keçmiş üzvü deyib ki, “Putin internet vasitəsilə siyasət aparmağın, onun nifrət etdiyi liberal demokratiya sisteminə nüfuz edib manipulyasiya etməyin mümkün olduğunu anladı.“O, “Brexit”, Kataloniyada keçirilən separatçı referendumu, Donald Trampın seçki kampaniyasını dəstəklədi”, – o əlavə edib.

Kreml hələ ki, “CorrieredellaSera” nəşrinin yazdıqlarına münasibət bildirməyib. Məlumdurki, Putin və Berluskoninin dostluq münasibətləri çox vaxt qeyri-rəsmi şəraitdə olub. Berluskoni Rusiyanın 2022-ciildə Ukraynaya müdaxiləsini pisləyib, lakin ondan bir neçə ay sonra Putinlə münasibətləri bərpa etdiyini iddia edib. Rusiya Prezidenti 2023-cü ildə vəfat edən Baş nazirə baş sağlığı verib.

“AzPolitika.info”