Misir Xarici İşlər Nazirliyi İsrailin Rəfahdakı hərbi əməliyyatının Qəzzada atəşkəsə nail olmaq səylərini təhdid etdiyini bildirib.
APA xəbər verir ki, bu barədə Misir XİN bəyanat yayıb.
“Misir İsrailin Fələstinin Rəfah şəhərindəki hərbi əməliyyatlarını və Rəfah keçidinə nəzarəti ələ keçirməsini qəti şəkildə pisləyir”.
Bəyanatda bildirilib ki, bu təhlükəli eskalasiya və keçidə nəzarət bir milyondan çox fələstinlinin həyatını təhdid edir. Qeyd olunub ki Rəfa keçidi xəstə və yaralıların çıxışı eyni zamanda Qəzzaya humanitar yardımın çatdırılmaıs üçün həyati əhəmiyyət kəsb edir.
“Misir İsrail tərəfini son dərəcə təmkinli olmağa və uzunmüddətli təsirə malik olan və münaqişə daxilində davamlı atəşkəsə nail olmaq üçün göstərilən gərgin səylərin taleyini təhdid edən siyasətindən uzaqlaşmağa çağırır. Misir həmçinin, bütün nüfuzlu beynəlxalq tərəfləri müdaxilə etməyə və bunun aradan qaldırılması üçün lazımi təzyiq göstərməyə çağırır”, Misir XİN yaydığı bəyanatda vurğulayıb.
Follow @7timesaz