Cari “futbol ili” bitmədən çempionluğu rəsmiləşdirən “Qarabağ”ın yeni mövsüm üçün planları bəlli olub.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi üçün əsas hədəf oyunçularını qoruyub-saxlaqmaqdır. “Köhlən atlar” bu istiqamətdə ilk addımlarını atıb. Bildiyiniz kimi, Bəhlul Mustafazadə və Nəriman Axundzadə ilə yeni müqavilələr imzalandı. Yaxın günlərdə bır sıra futbolçularla da sazişlər bağlanacaq.
Təbbi ki, ağdamlılar yeni futbolçu axtarışına da başlayıb. “Qarabağ” yeni mövsüm üçün hücumçu, sağ cinah vingeri, playmeyker və mərkəz müdafiəçisi transfer etmək istəyir. Menecerlər Ağdam “köhlən atlar” üçün Fransadan, İspaniyadan və Afrikadan oyunçular axtarır.
Follow @7timesaz