Dortmund “Borussiya”sının baş məşqçisi Edin Terziç komandasının evdə məğlub etdiyi PSJ-ni (1:0) Parisdə eyni hesabla üstələyərək Çempionlar Liqasının finalına yüksəlməsindən danışıb.
7Times.az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
“Ötən mövsüm Almaniya çempionluğunu son turda öz meydanımızda uduzaraq əldən verdik. Şadam ki, indi azarkeşlərimizə olan borcumuzu qaytara bilərik. Biz oyundan-oyuna böyüdük və yekunda hamını təəccübləndirə biləcək komandaya çevrilə biləcəyimizi anladıq. Finala yüksəldiyimiz üçün çox şadam”.
Qeyd edək ki, Fransa nəhəngini mübarizədən kənarlaşdıran “arılar” finalda “Real Madrid” – “Bayern Münhen” cütünün qalibi ilə qarşılaşacaqlar.
Fanat.Az
Follow @7timesaz