Çempionlar Liqasının yarımfinal mərhələsində baş tutan “Real Madrid” – “Bayern Münhen” matçının (2:1) ən yaxşı oyunçusu müəyyənləşib.
7Times.az xəbər verir ki, İspaniya nəhənginin hücumçusu Vinisius Junior UEFA tərəfindən matçın ən yaxşısı seçilib.
Braziliyalı bu qarşılaşmada 3-ü hədəfə düşməklə, qapıya 5 zərbə endirib. O, həmçinin topa 58 toxunuş və 20 dəqiq ötürmə edib.
Xatırladaq ki, Vinisius Çempionlar Liqasında bu mövsüm 9 matçda 5 qol vurub, 5 məhsuldar ötürmə edib.
Fanat.Az
Follow @7timesaz