“Avroviziya 2024” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.
7Times.az xəbər verir ki, İsveçin Malmö şəhərində baş tutan yarışmada Avstriya, Malta, İsveçrə, Yunanıstan, Çexiya, Albaniya, Danimarka, Belçika, Ermənistan, İsrail, Estoniya, Gürcüstan, Hollandiya, Norveç, Latviya, San Marino finala keçmək uğrunda mübarizə aparıblar.
Sonda səsvermə nəticəsində 10 ölkə – Latviya, Avstriya, Niderland, Norveç, İsrail, Yunanıstan, Estoniya, İsveçrə, Gürcüstan və Ermənistan finala vəsiqə qazanıb.
Birinci yarımfinaldan son mərhələyə vəsiqə qazanan ölkələr isə Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya, Lüksenburq olub.
Qeyd edək ki, Ölkəmizi yarışmada Fahree və İlkin Dövlətöv “Özünlə apar” mahnısı ilə təmsil ediblər. Onlar finala vəsiqə qazana bilməyib.
Müsabiqənin finalı mayın 11-də keçiriləcək. Son mərhələyə birbaşa vəsiqə qazanan ölkələr İsveç, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniyadır.
Axşam.az
Follow @7timesaz