Dünya

Kilsə nümayəndəsi erməni tələbələri hakimiyyətə qarşı qaldırır

Kilsə nümayəndəsi erməni tələbələri hakimiyyətə qarşı qaldırırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan İrəvan Dövlət Universitetinin tələbələri ilə görüşündə hakimiyyəti hədələyib.

7Times.az -ın “Sputnik Armenia”ya istinadla məlumatına görə, mayın 9-da baş verən aksiya qələbəyə aparmalı olan hərəkatın başlanğıcıdır.

O iddia edib ki, “Vətən uğrunda Tavuş” hərəkatı və onun tərəfdarlarının mübarizəsi təkcə ölkə ərazisini deyil, həm də həqiqəti müdafiə etmək məqsədi daşıyır.

Universitet tələbələri qarşısında çıxış edən Qalstanyan deyib ki, hələ 1988-ci ildə dəyişikliklərin katalizatoru məhz onların sələfləri olub.

Öz növbəsində, İrəvan Dövət Universitetinin Tələbə Şurasının sədri Xaçik Abajyan qeyd edib ki, universitetdə praktiki olaraq heç bir tədris prosesi yoxdur: tələbələrin bir qismi fəallara qoşulub. Digər hissəsi isə dərsə gəlməyib, bununla da etirazını bildirib.

Qeyd edək ki, bir qrup Ermənistan vətəndaşları Azərbaycanla sərhədin delimitasiyasına etiraz olaraq aksiya keçirirlər.