Türkiyə Super Liqasının son 2 həftəsinə əzəli rəqibi “Fənərbaxça”nı 6 xallıq üstünlüklə girən “Qalatasaray”, artıq 24-cü çempionluğun saatlarını sayır.
Offsideplus.az xəbər verir ki, “Qalatasaray” bazar günü əzəli rəqibinə qalib gəlsə, sevincini kubokla qeyd etmək istəyir.
Ancaq Super Liqa Müsabiqələri Əsasnaməsinə görə “sarı-qırmızılılar” hələ riyazi olaraq çempionluğu təmin etmədiyindən, “Fənərbaxça” matçında istədikləri nəticəni əldə etsələr belə, kuboku qaldıra bilməyəcəklər.
Digər tərəfdən, “cim-bom”, mövsümü Turkcell Qadınlar Futbol Super Liqasında zirvədə başa vuran “Qalatasaray” Qadın Futbol Komandasının çempionluq kubokunu və “Fənərbaxça” ilə matçda texniki qalibiyyətlə qazandıqları Super Kubokunu oyuna gətirmək üçün Türkiyə Futbol Federasiyasına müraciət edəcək.
Follow @7timesaz