“Bir neçə gün öncə nəvəmə kiçik toy etdim. Nə qədər özümü sıxsam da 300-ə yaxın qonaq var idi. Sənət adamlarından da dəvət etmişdim, amma çox adama da deyə bilmədim. Nəvəmin toyu Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalına təsadüf etdi. Öncədən də bilirdim ki, onlar Şuşaya gedəcəklər. Özlərinə də demişdim ki, Bakıda olsanız gəlib bir mahnı ilə təbrik edərsiniz. Özümün də Şuşa səfərim var. İnsanları da başa düşmək lazımdır. Heç öz doğma qardaşlarım imkan edib gələ bilmədilər. Mən bacı, qardaşa ərk edirəm. Hərtərəfli düşünmək lazımdır. Yol xərci söhbəti var, üstəlik də insanların vaxtı olmur. Rayonda da qohum-əqrabalarımı başıma yığıb kiçik yığıncaq, toy edəcəyik. Təki salamatlıq olsun.Bütün evlərə, ocaqlara toy qismət olsun, hamının üzü gülsün”.
7Times.az bildirir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aşıq Zülfiyyə İbadova deyib. O daha sonra əlavə edib.
“Verilişlərdən birində aparıcı Mətanət xanım mənə sual verdi ki, sazınızı kimə etibar etməzsiniz, Telliyə ya Samirəyə? Telli ilə də axşam bir yerdə idik. Həmişə deyib-güldüyüzüm adamdır da. Mən ona ərklə dedim ki, Telliyə. Həm də Tellinin sazı, telefonu bizim restoranda qalmışdı. Bu sözümdən qıcıqlanıb. Sonradan məni başqa bir verilişə dəvət edib Tellini də ora çağırdılar. Mən də haqlı ikən haqsız duruma düşməyim deyə efirə getdim. Mən bu sözləri Tellinin unutqanlığına görə demişdim. Bunu da efirdə yenidən bildirdim. Bilmirəm Telli niyə görə əsəbləşib?! Həmişə deyirdilər ki, Telli sənə paxıllıq edir. Mənim nəyimə paxıllıq etsin axı?! Bu hərəkəti ilə o hər şeyi bəlli etdi! Allah hamının işini avand etsin, biz də içində! Mən niyə boşu-boşuna başımı ağrıtmalıyam ki?! O öz evində xoşbəxt olsun, mən də öz evimdə. 5 günlük dünyada ömrümü-günümü söz-söhbətlə yola vermək istəmirəm. Bu insan aqressiyasını mənə bildirdi. Nə məcburdur onunla danışım?! Onunla münasibətimi pozmaqla mən heç nə itirmədim. Heç o da heç nə itirməyib! Bu söhbətə nöqtə qoymaq istəyirəm” – deyə sənətçi bildirib.
Follow @7timesaz