Premyer Liqanın 34-cü turunun təxirə salınmış “Tottenhem” – “Mançester Siti” matçı ərəfəsində “Arsenal” azarkeşləri nalayiq davranışlar nümayiş etdiriblər.
Fanat.Az “Evening Standard”-a istinadən xəbər verir ki, ötən gecə təxminən saat 2 radələrində bir qrup “Gunners” azarkeşi “şəhərlilər”in qalacağı “Marriott” otelinin yaxınlığında atəşfəşanlıq ediblər.
Bununla belə, Pep Qvardiolanın komandasıı həmin vaxt hələ Mançesterdə olublar və yalnız bu səhər Londona gediblər.
Xatırladaq ki, “Mançester Siti” Premyer Liqanın turnir cədvəlində “Arsenal”dan 1 xal geridə olsa da, bir oyun az keçirib. Məhz həmin matç bu gecə oynanılacaq.
Follow @7timesaz