Dünya

Rəisi və Abbdullahian ölkəmizin etibarlı dostları idi – Lavrov

Rəisi və Abbdullahian ölkəmizin etibarlı dostları idi – Lavrovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran prezidentinin və xarici işlər nazirinin helikopter qəzasında həlak olması ilə bağlı başsağlığı verib.

7Times.az  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında bildirilib.

Rusiyalı nazir İbrahim Rəisi və Hüseyn Əmir Abdullahianı görkəmli siyasi xadimlər və İslam Respublikasının əsl vətənpərvərləri adlandırıb.

“Rusiyada İran Prezidenti İbrahim Rəisi və İranın xarici işlər naziri Hüseyn Əmir Abbdullahian ölkəmizin həqiqi, etibarlı dostları kimi tanınırdılar. Həlak olanların ailələrinə və yaxınlarına, eləcə də bütün İran xalqına səmimi başsağlığı veririk”, – Lavrov bildirib.

Xatırladaq ki, mayın 19-da İran prezidenti və XİN rəhbərini daşıyan helikopter ölkənin şimal-qərbində, Verzeqan bölgəsində qəzaya uğrayıb. Onlar Araz çayı üzərində su elektrik komplekslərinin açılış mərasimindən qayıdırdılar.
Mayın 20-də səhər tezdən helikopterin yanmış qalıqları tapılıb. İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd helikopterin göyərtəsində olanların hamısının həlak olması barədə məlumat verib, daha sonra isə bu məlumatı vitse-prezident Möhsün Mənsuri təsdiqləyib.