“Qalatasaray” klubunun keçmiş ulduzu Lukas Podolskinin sahib olduğu kabab məkanları ona 180 milyon avro qazandırıb.
Məlumata görə, almaniyalı keçmiş futbolçu Belçika və Polşada açdığı kababçı kafelərindən əldə etdiyi sərvət 180 milyon avroya çatıb.
Lukas Podolski bu qazancını Türkiyəyə borclu olduğunu bildirib.
“Qalatasaray”da çıxış etdiyim müddət ərzində kabab və dönərlərin dadına baxdım. Daha sonra isə Polşa və Belçikada bu sahə ilə məşğul olmaq istədim. Hazırda nə qədər doğru qərar verdiyimi görürəm”.
Qeyd edək ki, Lukas Podolski 2015-ci ildən 2017-ci ilədək “Qalatasaray” klubunun şərəfini qoruyub, 52 oyunda 20 qol vurub.
oxu.az
Follow @7timesaz