PSJ klubu klubdan ayrılan Kilian Mbappenin əvəzedicisini tapıb.
Offsideplus.az xəbər verir ki, Paris təmsilçisinin baş məşqçisi Luis Enrike “Napoli”nin gürcü ulduzu Xviça Kvaratsxeliyanı komandasında görmək istəyir. Vinger üçün PSJ klubu 100 milyon avro ödəməyə hazırdır.
“Napoli” klubuna gəlincə, rəhbərlik 23 yaşlı futbolçu ilə müqavilənin müddətini uzatmağı planlaşdırır. Hazırkı sözləşmənin vaxtı 2027-ci ildə başa çatacaq.