İdman

Şinyaşiki uğursuzluğa səbəb tapa bilmədi: “Çox məyusuq”

Şinyaşiki uğursuzluğa səbəb tapa bilmədi: “Çox məyusuq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avrokuboklarda oynamaq istəyirdik. Təəssüf ki, bu vəzifənin öhdəsindən gələ bilmədik. Buna görə çox məyusuq”.

Fanat.Az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Andre Şinyaşiki Misli Premyer Liqasının son turunda “Sabah”ə 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra deyib.
Braziliyalı futbolçu azarkeşlərin adına məyus olduğunu bildirib: “Bu uğursuzluğa görə klubun adına üzülürəm. Uğursuzluğa konkret səbəb göstərməkdə çətinlik çəkirəm. Mən də avrokuboklarda oynamaq istəyirdim. Yaxşı heyətimiz, yaxşı məşqçilərimiz, yaxşı azarkeşlərimiz var. Təəssüf ki, istəyimizə çata bilmədik”.

“Futbolçular, məşqçilər yaxşıdırsa, bəs niyə belə uğursuzluqla üzləşdiniz?” sualını Şinyaşiki belə cavablandırıb: “Mən başqaları haqda danışa bilmərəm. Komanda yoldaşlarım, məşqçilər, klubun menecmenti barədə fikir bildirməyim düzgün çıxmaz. Başqalarını günahlandıra bilmərəm. Yalnız özüm haqda danışa bilərəm. Deyə bilərəm ki, daha yaxşı olmalıyam. Oyunumu gələcəkdə daha da artırmalıyam”.