İdman

“Qızıl buts” mükafatını Keyn qazandı

“Qızıl buts” mükafatını Keyn qazandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bayern Münhen”in hücumçusu Harri Keyn 2023/2024 mövsümündə Avropa liqalarının ən yaxşı bombardiri qismində “Qızıl buts” mükafatına sahib çıxıb.

Fanat.Az xəbər verir ki, ingilis hücumçu Bundesliqada 36 qol vurub.

İkinci yerdə “Ştutqart”ın forvardı Seru Qirassi qərarlaşıbsa, PSJ-nin ulduzu Kilian Mbappe üçüncü olub.

Qeyd edək ki, “Bayern”ə ötən ilin yayında “Tottenhem”dən transfer olunan Keyn Almaniya nəhəngindəki debüt mövsümündə bütün turnirlərdə 45 matç keçirib. Bu qarşılaşmalarda 44 qola imza atan ön xətt oyunçusu 12 məhsuldar ötürmə ilə də yadda qalıb.