İdman

PSJ rus qapıçını alır, onu yola salır

PSJ rus qapıçını alır, onu yola salırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PSJ “Krasnodar”ın qapıçısı Matvey Safonovu bu yay transfer edəcəyi halda qolkiperlərindən biri ilə vidalaşacaq. 

Fanat.Az xəbər verir ki, məlumatı “L’Equipe” yayıb.

Xəbərə görə, bu, Arnau Tenasdır. Mənbə Paris klubunun idman direktoru Luis Kamposun Safonovu uzun müddətdir ki, izlədiyini və hələ PSJ-yə gəlməmişdən öncə onu “Selta”ya aparmaq istədiyini vurğulayıb.

Daha öncə Rusiya təmsilçisinin sözügedən “çərçivə” qoruyucusunu Fransa nəhənginə satmağa hazır olduğu, parislilərin bu keçid üçün qarşı tərəfə 20 milyon avro ödəyəcəyi barədə informasiyalar yayılıb.

25 yaşlı Matvey “öküzlər”in öz yetirməsidir. Cari mövsüm “Krasnodar” forması ilə 30 matça çıxan Safonov bu qarşılaşmalarda 27 qola üzülüb, 11 görüşdə isə qapısını toxunulmaz saxlayıb.