Azərbaycanəsilli müğənni Tuğba Ekincinin son açıqlaması etirazla qarşılanıb.
7Times.az bildirir ki, ifaçı türkiyəli dizayner, aparıcı Pınar Kərimoğlunun “YouTube” kanalında yayımlanan verilişinin qonağı olub.
O, xəyanətlə bağlı maraqlı fikirlər səsləndirib. Ekinci bu məsələdə kişilərə haqq qazandırıb:
“Xəyanət etməyən kişidə problem var. Onlar az da olsa, aldada bilərlər. Şüurlu bir kişi isə “əlimin çirkidir”, deyər, amma təmiz olana daha çox dəyər verər. Həmişə deyirəm ki, kişilər evlənməmişdən qabaq mütləq Rusiyaya getsinlər. Heç kim inciməsin amma, oradakı qadınlar kişiləri xoşbəxt etmək üçün yaradılıb”.
Tuğba Ekinci bununla da ötən aylarda “Aldatmayan kişi yoxdur”, deyən həmkarı Kibariyeyə dəstək verib.
Xatırladaq ki, müğənni Kibariye müsahibələrinin birində həyat yoldaşını çox sevdiyini bildirsə də, bütün kişilərin xəyanət etdiyinə inandığını deyib.
Sfera.az
Follow @7timesaz