Ermənistan DTX bir qədər öncə general-polkovnik Movses Akopyanı saxlayıb.
7times.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, generalın saxlanılmasına səbəb mətbuata verdiyi açıqlama olub.
O deyib ki, Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdakı hərbi əməliyyatlar zamanı “İsgəndər” operativ-taktiki raket kompleksindən istifadə edib.
“Bu raketlərdən (“İskəndər”i nəzərdə tutur – red.) istifadə edilib, lakin hansı istiqamətdə istifadə olunduğunu deyə bilmərəm”, – deyə M.Akopyan qeyd etmişdi.
Follow @7timesaz