Dünya

Gürcüstanda güclü zəlzələ olub

Gürcüstanda güclü zəlzələ olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın şimalındakı Oni şəhərinin yaxınlığında 5,4 maqnitudalı zəlzələ olub.

7Times.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi bildirib.

 

Qeyd olunub ki, yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Saat 02:03-də qeydə alınmış zəlzələnin episentri ölkənin Oni şəhərindən 9 km cənub-şərqdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.